Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda aksiyaçılar parlamentə gedən yolları bağlayırlar

17 Aprel 2018
 

Keçmiş prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinə etiraz edən müxalifət fəalları Ermənistan paytaxtının mərkəzi küçələrini bağlayırlar.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aksiya iştirakçıları maşınlardan, skamyalardan, zibil qutularından istifadə etməklə parlamentə gedən yolları bağlamağa çalışırlar. “Biz baş nazir seçkilərinin keçirilməsinə imkan verməyəcəyik. Parlamentə gedən bütün yolları bağlayacağıq ki, deputatlar parlamentə daxil ola bilməsinlər”,- deyə Ermənistan parlamentinin “Elk” müxalifət fraksiyasının rəhbəri Nikol Paşinyan bildirib.