Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan

17 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdəki inamlı qələbəniz Sizin yüksək nüfuzunuzun danılmaz etirafı, xalqınızın rifahının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsinə yönəlmiş siyasi kursunuza verilən layiqli qiymətdir.

Rusiya ictimaiyyəti Sizin bu qələbənizi əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafı üçün zəmin hesab edir.

Biz Azərbaycanın və Rusiyanın regionları, o cümlədən Dağıstan arasında dostluq münasibətlərinin və parlamentlərarası əlaqələrin inkişafına verdiyiniz dəstəyi yüksək dəyərləndiririk.

Sizə möhkəm cansağlığı, sülh və əmin-amanlıq, Azərbaycan Respublikasının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini