Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gürcüstan, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri, “Ümid” qəzetinin redaktoru Əlixan Yəhyaoğlundan

17 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçkilərində yenidən inamlı qələbəniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bu qələbə Azərbaycan vətəndaşlarının Sizə göstərdiyi böyük etimadın, hörmət və rəğbətin, siyasi nüfuz və kursunuzun xalq tərəfindən böyük ruh yüksəkliyi ilə dəstəklənməsinin bariz nümunəsidir.

Prezidentliyinizin bütün dövrlərində ölkə iqtisadiyyatı dinamik inkişaf edib, əhalinin həyat şəraiti yaxşılaşıb, xarici sərmayələrin yatırılması uğurla davam edib, yeni iş yerləri açılıb.

Möhtərəm Prezident, Siz Gürcüstanın azərbaycanlı əhalisi haqqında daim düşünür, ata-baba torpaqlarımızda rahat və firavan yaşamağımızın qayğısına qalırsınız. Buna görə Sizə səmimi qəlbdən təşəkkür edirəm. Gürcüstan azərbaycanlıları Sizi və Sizin siyasi kursunuzu həmişə dəstəkləyib və bundan sonra da dəstəkləyəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm.

Hörmətlə,

 

Əlixan Yəhyaoğlu

Gürcüstan, Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri,

“Ümid” qəzetinin redaktoru