Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Parlamentin mədəniyyət komitəsinin iclasında bəzi qanunlarda dəyişikliklər edilməsinə dair müzakirələr aparılıb

17 Aprel 2018
Aprelin 17-də Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən komitənin sədri Rafael Hüseynov gündəlikdəki məsələlər haqqında məlumat verib.

İclasda “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Telekommunikasiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəniyyət haqqında”, “Məlumat toplularının hüquqi qorunması”, “Memarlıq fəaliyyəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunub.

Qeyd olunub ki, təklif olunan dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndiriblər.