Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda mitiqçilərlə polis arasında toqquşmalar zamanı 30 nəfər saxlanılıb

17 Aprel 2018
Müxalif “Vətəndaş dialoqu” partiyasının lideri və parlamentin deputatı Nikol Paşinyan aprelin 17-də səhər saatlarında 30 tərəfdarının polis tərəfindən saxlanıldığını bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müxalifətçilər polislə toqquşmalar zamanı həbs olunub.

Paşinyan, həmçinin həbs olunan şəxslərin dostlarına və qohumlarına polisə getməyərək paytaxt küçələrini və prospektlərini bağlamağa çağırıb.

Müxalifət fəalları yerli vaxtla 12:00-da başlayacaq baş nazir postuna seçkiləri əngəlləmək niyyətindədir. Onlar deputatları xüsusi iclasa buraxmamaq üçün parlament binasına aparan bütün yolları bağlamağa çalışır.

Xatırladaq ki, müxalifət Serj Sarkisyanın baş nazir postuna seçilməsinə etiraz edir.