Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

20 nömrəli məktəb-liseyin şagirdlərinin bir qrupu Milli Məclisə ekskursiya edib

16 Aprel 2018
 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə 20 nömrəli məktəb-liseyin şagird və müəllimlərindən, habelə məktəblilərin valideynlərindən ibarət qrup Milli Məclisə ekskursiya edib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi şagirdləri Azərbaycan Respublikası Milli Məclisinin və deputatların fəaliyyəti ilə yaxından tanış etmək, onların maarifləndirilməsinə töhfə verməkdir.

Məktəblilər Heydər Əliyev xatirə, plenar iclas və digər görüş zalları ilə tanış olublar. Milli Məclisin beynəlxalq münasibətlər şöbəsinin protokol sektorunun müdiri İlkin Məmmədov parlamentin fəaliyyəti ilə bağlı şagirdlərə ətraflı məlumat verib, onların suallarını cavablandırıb.