Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə son bir həftədə 38 terrorçu zərərsizləşdirilib

16 Aprel 2018
Türkiyədə son bir həftə ərzində keçirilmiş antiterror əməliyyatları nəticəsində 38 terrorçu zərərsizləşdirilmişdir. Onlardan 18-i öldürülmüş, 14-ü silahı yerə qoyub təslim olmuş, 6-sı həbs edilmişdir. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Aprelin 9-dan 16-dək Türkiyə Silahlı Qüvvələri separatçı terrorçu təşkilatlara qarşı 1487 əməliyyat keçirmişdir. Nəticədə PKK terrorçuları ilə əlaqədə şübhəli bilinən 149 nəfər, İŞİD-lə əlaqəyə görə 75 nəfər, FETÖ terrorçu təşkilatı ilə mübarizə çərçivəsində 702 nəfər, habelə solçu terrorçu qrupların 21 üzvü həbs edilmişdir.

Planlı əməliyyatlar zamanı 4885 nəfər saxlanmışdır. Onlardan 947-si terrorçuluqda, 164-ü qanunsuz miqrasiya ilə bağlı cinayətlərdə, 3774-ü narkotik maddələr və insan alverində şübhəli bilinir.

Bingöl, Hakkari, Muş, Tunceli, Van, Şırnak və Bitlis vilayətlərində keçirilmiş əməliyyatlar zamanı terrorçuların 28 sığınacağı və 2 əldəqayırma partlayıcı qurğu məhv edilmişdir. Təhlükəsizlik qüvvələri 1145 döyüş sursatı, 7 qumbara və 18 ədəd silah müsadirə etmişlər.