Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sloveniya Prezidenti parlamenti buraxdı

16 Aprel 2018
Sloveniya Prezidenti Borut Pahor parlamenti buraxmışdır. Ölkədə növbədənkənar seçkilər iyunun 3-də keçiriləcək. Bu barədə Delo portalı xəbər verir.

“Bu gün mən Milli Məclisi buraxdım. Respublikanın Prezidenti kimi ümidvaram ki, seçki kampaniyası tolerant şəkildə və nifrətsiz keçiriləcək. Mən onun gedişinə müdaxilə etməyəcəyəm, lakin istəyirəm ki, nəticə mümkün qədər aydın olsun və bu, yeni hökuməti tezliklə formalaşdırmağa imkan versin” deyə Sloveniya lideri bildirmişdir.

Xatırladaq ki, ötən ayın 15-də Sloveniyanın Baş naziri Miroslav Serar istefaya getmişdir.