Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Malidə BMT sülhməramlılarının bazasına hücum

16 Aprel 2018
Malidə silahlılar BMT sülhməramlıların bazasına hücum etmişlər. Bu barədə TCH telekanalı xəbər verir.

Məlumata görə, sülhməramlıların Timbuktu şəhərindəki bazasına minalanmış avtomobil və minaatanlardan istifadə olunmaqla hücum həyata keçirilmişdir. Atışma baş vermişdir. Hazırda vəziyyət nəzarət altındadır.

Qeyd olunur ki, hücum nəticəsində bir sülhməramlı həlak olmuş, 10 nəfər yaralanmışdır.

“Röyter” agentliyi Mali hökumətinə istinadən xəbər verir ki, silahlılar həm də Fransanın hərbi bazasına hücum etmişlər. “Mavi dəbilqə geymiş terrorçular iki minalanmış avtomobildə, Mali və BMT-nin fərqləndirici nişanları ilə düşərgələrə soxulmağa cəhd etmişlər” deyə Mali hökumətindən bildirmişlər.

Xatırladaq ki, bundan əvvəl Mərkəzi Afrika Respublikasında BMT sülhməramlıları hücuma məruz qalmışlar. Nəticədə bir sülhməramlı həlak olmuş, 11-i yaralanmışdır.