Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

NATO: Rusiyadan S-400 zenit-raket kompleksləri alması Türkiyənin suveren hüququdur

16 Aprel 2018
Rusiyadan S-400 zenit-raket komplekslərinin alınması Türkiyənin suveren hüququdur, lakin problem onların NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiyasından ibarətdir.

AZƏRTAC xəbər verir ki, alyansın Baş katibi Yens Stoltenberq bunu Ankaraya səfəri zamanı Türkiyənin NTV telekanalına müsahibəsi zamanı bildirib. O, müsahibəsində, həmçinin qeyd edib ki, Türkiyə belə inteqrasiya üçün müraciət etməyib, ona görə də hazırda alyansın bununla bağlı narahatlığı yoxdur.

Xatırladaq ki, ötən ilin dekabr ayında Türkiyə və Rusiya nümayəndələri Ankarada S-400 zenit-raket komplekslərinin alınması üzrə kredit sazişi imzalayıblar. Türkiyənin Müdafiə Sənayesi Nazirliyinin katibliyindən verilən məlumata əsasən, Ankara bu kompleksin iki batareyasını alacaq. Tərəflər zenit-raket komplekslərinin Türkiyədə istehsalının inkişafı üçün bu sahədə texnoloji əməkdaşlıq barədə də razılıq əldə ediblər.