Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağ ev yaxın zamanlarda hərbçilərini Suriyadan çıxarmaq niyyətini təsdiqləyib

16 Aprel 2018
Ağ evin rəsmi nümayəndəsi Sara Sanders Prezident Donald Trampın elan etdiyi kimi, ABŞ hərbçilərinin yaxın zamanlarda Suriyadan çıxaracağını təsdiq edib.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Sara Sanders ABŞ-ın Suriyadakı hədəfinin İŞİD qruplaşmasını tam məğlub etmək və onun dirçəlməsinin qarşısının alınması üçün şərait yaratmaq olduğunu xatırladıb.

“ABŞ-ın Suriyada missiyası dəyişməz qalır. Prezident aydın surətdə bildirib ki, Amerika qüvvələrinin evə mümkün qədər tez qayıtmasını istəyir”, - Ağ ev administrasiyası mətbuat katibinin yaydığı bəyanatda belə deyilir.