Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İstanbulda TürkPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində seminar keçirilir

16 Aprel 2018
Türkiyənin İstanbul şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində seminar işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tullantıların idarə olunması və geni modifikasiya olunmuş orqanizmlərə həsr edilən iclas rəsmi hissə və ayrı-ayrı panellərdən ibarətdir.

Rəsmi açılışda TürkPA ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri, Azərbaycan Milli Məclisinin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, TürkPA-nın baş katibi Altınbek Mamayusupov, Türkiyə Böyük Millət Məclisinin üzvü Feyzullah Kıyıklıq, Qırğızıstan parlamentinin (Joqorku Keneşin) üzvü İrina Karamuşkina və üzv ölkələrin rəsmi təmsilçiləri çıxış ediblər.

Sonra müzakirə olunan mövzu ilə bağlı üzv ölkələrin təqdimatlarına başlanılıb.