Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şəmkirdə 97 mindən çox sakin tibbi müayinədən yararlanıb

16 Aprel 2018
Azərbaycan Prezidentinin tövsiyəsinə uyğun olaraq, ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da əhalinin kütləvi tibbi müayinədən keçirilməsi uğurla davam edir.

Şəmkir Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonda əhalinin kütləvi müayinəsi üçün hər cür şərait yaradılıb. Belə ki, sakinlər yaradılan xüsusi həkim briqadaları tərəfindən müayinə olunur, ehtiyac olduqda fuloqrafiya, kardioqrama, ultrasəs, rentgen, laborator və sair müayinələrdən keçirilir. Fevralın 12-dən indiyədək 97 min 287 nəfər müayinədən yararlanıb. Xəstəlik aşkar edilən 5 min 654 nəfər ambulator, 394 nəfər stasionar müalicəyə cəlb edilib, 82 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb, 138 xəstə isə Bakı və Gəncə şəhərlərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.