Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyənin “Özkaya Group” şirkəti İdarə Heyətinin sədri Osman Gezekerdən

15 Aprel 2018

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır və yenidən dövlət başçısı vəzifəsinə seçilməyinizdən çox məmnun olduğumu bildirirəm.

Aprelin 11-də keçirilən seçkilərin nəticələri Azərbaycan xalqının Sizə böyük etimadının və ölkənin inkişafı yolunda həyata keçirdiyiniz siyasi kursunuzla həmrəyliyinin bariz nümunəsi oldu. Seçicilərin böyük əksəriyyəti tərəfindən namizədliyinizin dəstəklənməsi son illərdə həyata keçirilən dövlət proqramlarının səmərəliliyinin, paytaxtda və eləcə də regionlarda dinamik inkişafa nail olunması üçün göstərdiyiniz şəxsi xidmətlərin yüksək qiymətləndirilməsinin parlaq sübutudur.

Əminəm ki, dövlət başçısı kimi şərəfli və məsuliyyətli vəzifədə xidmətləriniz bundan sonra da Azərbaycanda sabitliyin və firavanlığın möhkəmlənməsinə, ölkənin iqtisadi potensialının artmasına və beynəlxalq nüfuzunun daha da yüksəlməsinə təkan verəcəkdir.

Hörmətli cənab Prezident, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi bir daha təbrik edir, qarşıdakı illərdə Azərbaycan dövləti və xalqı naminə fəaliyyətinizdə yeni uğurlara imza atmağı arzulayıram. Tanrı Sizi qorusun!

Hörmətlə,

 

Osman Gezeker

Türkiyənin “Özkaya Group” şirkəti İdarə Heyətinin sədri