Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gimnastımız Avropa çempionatında qızıl medal qazanıb

15 Aprel 2018
 

 

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatında Azərbaycan millisinin üzvü Mixail Malkin qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, tamblinq yarışında 77,400 bal toplayan idmançımız bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu olub.

İkinci yerdə danimarkalı Adam Mathiesen, üçüncü yerdə isə rusiyalı Vadim Afanasyev qərarlaşıblar.