MSK-nın iclasında bir neçə seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab olunması təklif edilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

MSK-nın iclasında bir neçə seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız hesab olunması təklif edilib

15 Aprel 2018
 

Aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK-nın sədr müavini Natiq Məmmədov bəzi seçki məntəqələrində bir sıra qanun pozuntularına rast gəlindiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar N.Məmmədov 57 saylı Kürdəmir dairə seçki komissiyasının 2 saylı, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını təklif edib.

Xatırladaq ki, MSK-nın iclasında 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılır.