Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağstafa rayonunda 40 mindən çox sakin tibbi müayinə olunub

15 Aprel 2018
 

ğstafa rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi üçün əvvəlcədən lazımi hazırlıq işləri aparılıb, həkim və tibb işçiləri onun uğurla aparılmasına cəlb olunub.

Fevral ayının 12-dən start götürən tibbi müayinə tədbirləri hazırda mütəşəkkil qaydada davam edir. Kəndlərdə, evlərdə  və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları yerində tibbi xidmət göstərir, rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə səyyar həkim briqadaları ezam olunur.

Rayon mərkəzi xəstəxanasının  baş həkimi Fatma Vəliyevanın AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, tibbi müayinə tədbirləri başlayandan indiyədək 40 min 120 nəfər müayinə olunub.

Müayinədən keçənlərin 3,3 min nəfərdən çoxuna ambulator müalicə təyin edilib, 90 nəfər stasionar müalicəyə cəlb olunub, 23 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb, 71 nəfər isə Bakı və Gəncə şəhərlərindəki ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.