Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ödənişsiz səyyar tibbi müayinədən 350 uşaq bəhrələndi

15 Aprel 2018
 

Novruz bayramı ərəfəsində Azərbaycan Uşaq Fondu, “Sağlam Ailə Tibb Mərkəzi” və PROAKTİV şirkətinin birgə təşkilatçılığı ilə Qobustan şəhərində “Novruz sevinci” adlı ödənişsiz səyyar tibbi müayinə keçirildi.

Aksiyada 350 nəfərdən çox uşaq iştirak etdi. Uşaqları müayinə edən həkimlərin tərkibi də geniş idi. Məqsəd əhali arasında sağlam həyat tərzini təbliğ etmək, aztəminatlı və ehtiyacı olan vətəndaşların bayram ovqatına sevinc qatmaq idi.

Səyyar tibbi müayinədən mənim 5 nəvəm də bəhrələndi. Onların hər birinə  sağlamlıq kartı təqdim olundu. Biz də müayinənin təşkilatçılarına və aksiyada iştirak edən bütün həkimlərə, tibb işçilərinə təşəkkürümüzü bildiririk.

 

Yusif QULİYEV,

Qobustan şəhər sakini, ziyalı