Bir arzumuz da çin olur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bir arzumuz da çin olur

15 Aprel 2018
 

Hamı istəyir ki, gedəcəyi yerə tez çatsın, yol yorğunu olmasın. Xüsusən də ağır xəstə olanda, ortaya təcili iş çıxanda bu arzu, bu istək özünü daha çox büruzə verir. O da məlumdur ki, bütün yolları eyni vaxtda nə təmir etmək, nə də təzəsini çəkmək mümkündür. Amma ölkəmizdə dövlət səviyyəsində yüksəksəviyyəli yollar çəkiləndə, köhnələri təmir ediləndə əmin idik ki, bizim yollara da növbə çatacaq.

Artıq bu arzumuz da çin olur. Başqa sözlə, bizim Şəki rayonunda uzunluğu 50,9 kilometr olan Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Yenidənqurma işləri bu ərazidə yaşayan sakinlərin xüsusən payız-qış aylarında gediş-gəlişlə bağlı çətinliklərini aradan qaldıracaq, yük və sərnişin daşınmasını asanlaşdıracaq. Həmçinin respublikanın iki əsas avtomobil yoluna çıxış əldə olunmaqla məsafə də xeyli qısalacaq. Bu yolun bir əhəmiyyəti həm də ondadır ki, 11 min əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Biz də bu yolun çəkilişində əməyi olan, iştirak edən insanlara əliniz, qolunuz var olsun deyirik.

 

İlya HƏSƏNOV,

Şəki rayonu Bolludərə kənd sakini