Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Su problemi həll edildi

15 Aprel 2018
 

Son illər aparılan böyük abadlıq və quruculuq işləri Şəmkirin simasını çox dəyişib. İndi rayona gələn qonaqlar yaradılan gözəlliklərdən zövq alır, park və xiyabanları gəzməkdən doymurlar. Həyata keçirilən sosial layihələrdən biri Şəmkir şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulmasıdır.

Artıq su təchizatı işlərinin 80 faizi, kanalizasiya sistemində işlərin 64 faizi başa çatdırılmış, 7 mindən artıq abonentin mənzilində smartkart tipli sayğac quraşdırılmışdır.  Suyun davamlı olması üçün 4 anbar da inşa edilmişdir. Yeni çəkilən su xəttindən bizim ailə də istifadə edir. Nə vaxt kranı açırıqsa, təmiz, saf su axır. Halbuki əvvəllər suyu küçədən vedrə ilə daşıyırdıq.

Bu işlərin görülməsi üçün vəsait ayıran dövlət başçısına minnətdarlıq edir, su və kanalizasiya xətlərinin çəkilişində zəhməti olan hər kəsə əliniz, qolunuz var olsun deyirik.

 

Nizami QURBANOV,

Şəmkir şəhər sakini