Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi sektorda orta aylıq əməkhaqqı 510 manatdan çoxdur

15 Aprel 2018
 

Martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 516,5 min nəfər olmuşdur. Onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət, 628,6 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin bu barədə açıqlamasında bildirilir ki, muzdla işləyənlərin 21,9 faizi təhsil, 19,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,2 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd və meşə təsərrüfatları, balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11 faizi digər sahələrdə məşğul olmuşlar.

Cari ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz artaraq 510,8 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində isə orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.

 

“Azərbaycan”