Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İRNA agentliyi: Seçicilərin 86 faizi İlham Əliyevə səs verib

14 Aprel 2018
 

İranın İRNA informasiya agentliyi Azərbaycanda keçirilən prezident seçkiləri barədə məqalə yayıb.

Məqalədə prezident seçkilərində Azərbaycan seçicilərinin 86 faizinin İlham Əliyevə səs verdiyi diqqətə çatdırılır. Bildirilir ki, seçkilərdə əhalinin yüksək fəallığı müşahidə edilib. İnsanlar seçki məntəqələrinə ruh yüksəkliyi ilə gedərək sərbəst şəkildə iradələrini ifadə ediblər.

Qeyd edilir ki, səsvermə 5 min 641 seçki məntəqəsində keçirilib. Ölkənin 5 milyon 309 min səsvermə hüququ olan vətəndaşı var. Seçkiləri 59 beynəlxalq təşkilatın 890-dan çox nümayəndəsi və 59 minə yaxın yerli müşahidəçi izləyib. Seçki prosesini 118 xarici jurnalist işıqlandırıb. Səsvermə sakit və şəffaf şəraitdə keçib.

 

AZƏRTAC