Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yeni kəşf: oturaq həyat tərzi beyində dəyişiklik yaradır

14 Aprel 2018
 

 

Oturaq həyat tərzinin ürək-damar sistemi xəstəlikləri, diabet və vaxtından əvvəl ölümə səbəb olduğu heç kimə sirr deyil. Kaliforniya Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, oturaq həyat tərzi beynin hafizənin formalaşması və təlimdə əsas rol oynayan nahiyəsində dəyişikliklərlə əlaqəlidir. Söhbət medial gicgah payından gedir.

AZƏRTAC “Meddaily” saytına istinadla xəbər verir ki, tədqiqatlarda 45-75 yaş arasında 35 nəfər iştirak edib. Alimlər könüllülərin fiziki fəallıq səviyyəsini qiymətləndiriblər. İştirakçılara ötən həftə gündə neçə saatı oturaq keçirdikləri barədə də sual verilib. Bundan başqa, könüllüləri maqnit-rezonans tomoqrafiyasından keçiriblər.

Tədqiqatçılar aşkar ediblər ki, çox oturan insanlarda medial gicgah payının qabığı daha nazik olub. Yüksək səviyyəli fiziki fəallıq da mənfi nəticələri aradan qaldırmayıb. Alimlər vurğulayırlar ki, aşkar edilmiş əlaqənin səbəb-nəticə prinsipinə aidiyyəti yoxdur. Mütəxəssislər tədqiqatı davam etdirməyi planlaşdırırlar.