Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əfqanıstanda polis məntəqəsi hücuma məruz qaldı

14 Aprel 2018
 

Əfqanıstanın qərbində Gerat əyalətinin Şindənt rayonunda təhlükəsizlik qüvvələri ilə “Taliban” hərəkatının döyüşçüləri arasında toqquşmalar baş  vermişdir. Bu barədə “İnterfaks” agentliyi xəbər verir.

Taliblər Larnazak kəndindəki polis məntəqəsinə hücum etmişlər. Bir neçə saat davam edən toqquşmalar nəticəsində təhlükəsizlik qüvvələrinin 9 əməkdaşı həlak olmuş, 2-si  yaralanmışdır.

Bundan əlavə, “Taliban”ın 15 silahdaşı öldürülmüş, 22-si yaralanmışdır. Bu barədə Gerat qubernatoru administrasiyasının mətbuat katibi Ceylani Fərhada istinadən “Anadolu” agentliyi xəbər verir.