Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misir Prezidenti fövqəladə vəziyyət rejimini uzatdı

14 Aprel 2018
 

Misir Prezidenti Əbdülfəttah Sisi ölkədə fövqəladə vəziyyət  rejimini daha üç ay müddətinə uzatmışdır. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Yanvarda Misir hökuməti Sinay yarımadasının şimalında yerləşən bir neçə rayonda həm də komendant saatı tətbiq etmişdir.

Xatırladaq ki, Sisi ötən ilin aprelində Tanta və İsgəndəriyyə şəhərlərindəki kilsələrdə baş vermiş terror aktlarından sonra ölkədə üç aylıq fövqəladə vəziyyət tətbiq etmişdir. Bundan sonra rejimin müddəti uzadılmışdır. Həmin hadisələrdə 46 nəfər həlak olmuşdur. Dekabrın 24-də bir qrup ekstremist Sinay yarımadasının şimalında məscidə hücum etmişdir. Nəticədə 230-dan çox adam həlak olmuşdur.

Misir ordusu bir neçə ay davam edən “Sinay-2018” antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 ekstremisti məhv etmişdir. Bundan əlavə, müxtəlif cinayətlərdə və terrorçuluq fəaliyyətində şübhəli bilinən 115 nəfər saxlanmışdır.