Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekvadorda həlak olmuş jurnalistlərə görə dördgünlük matəm elan olundu

14 Aprel 2018
 

Ekvador Prezidenti Lenin Moreno həlak olmuş jurnalistlərə və hərbi qulluqçulara görə dördgünlük matəm elan etmişdir. Söhbət Kolumbiya ilə sərhəddə cinayətkarlar tərəfindən oğurlanmış və qətlə yetirilmiş “Comercio” qəzetinin üç əməkdaşı (iki jurnalist və onların sürücüsü) və 4 hərbi qulluqçudan gedir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Baş vermiş hadisəyə görə Moreno Peruya səfərini yarımçıq qoyaraq vətənə qayıtmışdır.

Bu arada Kolumbiya Prezidenti Xuan Manuel Santos jurnalistlərin qətlinin təhqiqatında bütün mümkün yardım etməyi vəd vermişdir.

Hadisə Kolumbiya ilə sərhəddə yerləşən Mataxe rayonunda baş vermişdir. “Comercio”nun əməkdaşları ötən ayın axırlarında oğurlanmışdır.