Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Liviya sahili yaxınlığında 500-ə yaxın miqrant xilas edildi

14 Aprel 2018
 

Aralıq dənizində Liviya sahili yaxınlığında 500-ə yaxın miqrant xilas edilmişdir. Bu barədə İtaliyanın Sahil mühafizəsi xidmətinə istinadən TASS agentliyi xəbər verir.

Məlumata görə, üç xilasetmə əməliyyatında Avropa İttifaqının (Aİ) Aralıq dənizindəki hərbi dəniz miqrasiya missiyasının “EunavforMed” gəmisi və Almaniyanın “Sea Watch 3” qeyri-hökumət təşkilatının gəmisi iştirak etmişdir.

Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) məlumatına əsasən, ötən il dənizlə Avropaya 171 min adam gəlmişdir. Ən çox qaçqını (119 min nəfər) İtaliya qəbul etmişdir.

Qeyd olunur ki, ötən il miqrantların Aİ-yə axını təxminən iki dəfə azalmışdır. Belə ki, 2016-cı ildə Aralıq dənizi ilə Avropaya gəlmiş qaçqınların sayı 363 min nəfər təşkil etmişdi.