Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cari ildə 27 min tonadək kimya sənayesi məhsulları ixrac olunub

14 Aprel 2018
Bu ilin birinci rübündə Azərbaycandan 26 min 975 ton kimya sənayesi məhsulları ixrac edilib. Yanvar-mart aylarında ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 12 milyon 356 min ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, keçən ilin yanvar-mart aylarında ölkədən 25 min 309 ton kimya sənayesi məhsulları ixrac olunub, ixracın dəyəri isə 9 milyon 544 min dollar təşkil edib.