Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyaya qarşı hərbi əməliyyata başlayıb

14 Aprel 2018
ABŞ administrasiyası Suriyaya hücum ilə bağlı qərar qəbul edib.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, ABŞ Suriyaya qarşı hərbi əməliyyatı Fransa və Böyük Britaniya ilə birgə həyata keçirir. Bu barədə ABŞ prezident Donald Tramp Ağ Evdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, hazırda hava zərbələri Suriya hökumətinə məxsus kimyəvi silah istehsalı obyektlərinə endirilir.