Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya ABŞ-a qarşı cavab sanksiyaları hazırlayır

13 Aprel 2018
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və parlamentin aşağı palatasında fraksiyaların başçıları ABŞ-ın Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbirlərini nəzərdə tutan qanun layihəsi təqdim etmişlər. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Volodin bildirmişdir ki, Dövlət Dumasının üzvləri bir neçə dəfə keçirilmiş müzakirələrin gedişində ABŞ-ın Rusiyaya qarşı münasibətdə atdığı qeyri-dost addımlarına toxunaraq Vaşinqtonun kobud davranışına və Rusiyanın biznesinin işinə maneçilik törətməsinə cavab verməyin zəruriliyi barədə danışmışlar. O əlavə etmişdir ki, qanun layihəsi bütün fraksiyaların nümayəndələrinin iştirakı ilə Dövlət Dumasının Şurasında müzakirə olunacaq, regionlara göndəriləcək, ekspertlər və hökumətlə məsləhətləşmələr aparılacaq. Bundan sonra layihəyə Dövlət Dumasının ən yaxın iclasında baxılacaq.  

Qeyd edək ki, qanun layihəsi cari ayın 6-da ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi növbəti sanksiyalara cavab tədbiri kimi hazırlanmışdır. Vaşinqtonun yeni məhdudiyyətləri 7 rusiyalı oliqarx və onların sahibi olduğu 12 şirkətə, həmçinin  17 yüksək vəzifəli rusiyalı şəxsə qarşı yönəldilmişdir.