Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ Suriyada səkkiz obyekti vurmaq niyyətindədir

13 Aprel 2018
ABŞ Suriyada hədəf kimi səkkiz obyekti nəzərdən keçirir. CNBC telekanalının xəbərinə görə, göstərilən hədəflər arasında iki aerodrom, bir tədqiqat mərkəzi və kimyəvi silah istehsalı ilə əlaqəsi olan bir fabrik də var.

Telekanal həmçinin xəbər verir ki, Suriya komandanlığı hərbi təyyarələrini Rusiya hərbi kosmik qüvvələrinin yerləşdiyi aerodromlara köçürür. Dəməşq belə bir qərar qəbul etməklə ümid edir ki,  ABŞ Rusiyanın obyektlərini vurmayacaq.