Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Pakistanın sabiq Baş naziri siyasətlə məşğul olmaqdan ömürlük məhrum edildi

13 Aprel 2018
Pakistan Ali Məhkəməsi ölkənin keçmiş Baş naziri Nəvaz Şərifi siyasətlə məşğul olmaqdan ömürlük məhrum etmişdir. Bu barədə yerli KİV xəbər verir.

 Məhkəmənin qərarı yekdilliklə qəbul edilmişdir. Ali Məhkəmə bir müddət əvvəl Nəvaz Şərifi “Pakistan müsəlman liqası” partiyasının lideri vəzifəsindən kənarlaşdırmışdır.

Ali Məhkəmə ötən ilin iyulunda Nəvaz Şərifi ölkənin Baş naziri vəzifəsindən uzaqlaşdırmışdır. Buna səbəb kimi “Panama dosye”sinin açıqlanması olmuşdur. Dosyedə göstərilirdi ki, Baş nazirin övladlarının ofşor firmaları var. Ali Məhkəmənin yanında xüsusi istintaq qrupunun apardığı ilkin təhqiqat keçən ilin yayında başa çatmış və bundan az sonra təhqiqatda adı keçən şəxslər barədə cinayət işi qaldırmaq qərara alınmışdır.