Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Gənclər Fondu ilə UNICEF arasında əməkdaşlığın əsası qoyulub

13 Aprel 2018
BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin və UNICEF-in gənc və yeniyetmələrin inkişafı üzrə mütəxəssisi Aida Aylarova Azərbaycan Respublikasının Gənclər Fondunda (AzGF) olublar.

Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri E.Karvardin və Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov hər iki qurum arasında razılaşma məktubunu imzalayıblar.

Sənədə əsasən, birgə fəaliyyət planı çərçivəsində UNICEF-in Azərbaycandakı nümayəndəliyi Fondun Müşahidə Şurasının sorğusu əsasında qlobal gənclər siyasəti, gənclərin inkişafı üzrə milli strategiya, sosial inteqrasiya, sağlam həyat tərzi və gənclərin fəal iştirakı, antisosial davranışın və işsizliyin azaldılması, gənclər arasında təşəbbüskarlığın və innovasiyanın təşviq edilməsi üçün imkanlar yaratmaq üzrə məsələlər, AzGF-in fəaliyyəti və strategiyası barədə texniki məsləhət və istiqamət verəcək.

Saziş məktubu tərəflərin razılığı ilə hər il nəzərdən keçirilərək yenidən imzalanacaq.

Görüşdə hər iki qurum arasında əməkdaşlıq, gələcəkdə birgə həyata keçirilməsi nəzərdə tutulanuş layihələr, onların yeniyetmə və gənclər üçün faydası barədə müzakirələr aparılıb.