Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sinoptiklərdən xəbərdarlıq: Hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək

13 Aprel 2018
Sinoptiklər Bakıda və Abşeron yarımadasında əlverişsiz və qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, aprelin 14-dən 15-i gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Xəbərdarlığa əsasən, aprelin 14-dən 15-i gündüzədək güclü xəzri küləyi fonunda temperaturun aşağı enməsi və rütubətli hava şəraitinin üstünlüyü meteohəssas insanlarda narahatlıq yarada bilər.