Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prezident İlham Əliyev Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidentini qəbul edib

12 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Mərkəzçi Demokratlar İnternasionalının vitse-prezidenti Mario Davidi qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda keçirilən prezident seçkilərində müşahidəçi kimi iştiraklarından məmnun qaldıqlarını deyən Mario David dünən bir neçə seçki məntəqəsində səsvermə prosesini izlədiklərini bildirərək seçkilərin yaxşı təşkil olunduğunu, seçicilərin səsvermədə fəal iştirak etdiklərini vurğuladı.

Prezident İlham Əliyev ölkəmizdə seçkilərin azad, demokratik və şəffaf şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd etdi.