Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sən qalibsən, həm də haqsan...

12 Aprel 2018
Seçkilər də bir sınaqdır.

Biz səs verdik, dünya baxdı.

Səs verməyə xalqın axdı.

El yanında üzün ağdır.

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Xalqımızın üzü gülür,

Yollarına gül tökülür,

Gecəmiz gündüz kimidir,

Çıraqlardan dan sökülür,

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Əlvan geymiş düzüm-dağım.

Cocuq Mərcanlı gül bağım.

Sənə verdiyimiz səsdir

Lələtəpədə bayrağım.

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Özün bəlli, sözün bəlli,

Saf niyyətli, xoş əməlli,

İnam verdin xalqımıza

Cənnət qurur insan əli.

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Əkər, biçər, yarışarıq,

Ev tikərik, söz qoşarıq,

Yol salarıq, dağ aşarıq,

Əmrə hazır, vuruşarıq.

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Sən qalibsən, həm də haqsan,

Sən bu günsən, həm sabahsan.

Xalqın sənin yanındadır,

Daim zəfər çalacaqsan!

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Sən Lidersən, budur gerçək.

Əkdiklərin açır çiçək.

Biz arzuya çatacağıq

Yaxındadır o gələcək.

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

 

Dağ oylağım, yay yaylağım,

Sinəmdə var çarpaz dağım.

Qalıb gözləyə-gözləyə

Gözü yolda Qarabağım.

Ey Ali Baş Komandanım,

Əmr et, cənab Komandanım.

Vətənə qurbandır canım!

 

Fikrət QOCA

11 aprel 2018