Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Samir Şərifov: İqtisadi siyasətimizi neftin qiyməti ilə o qədər də sıx bağlamamağa çalışırıq

11 Aprel 2018
Biz iqtisadi siyasətimizi neftin qiyməti ilə o qədər də sıx bağlamamağa çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, cari ilin büdcəsində neftin qiyməti hazırda mövcud olan qiymətlərdən xeyli aşağı götürülüb: “Hesab edirəm ki, bu ehtiyatlı siyasəti yəqin ki, bundan sonra da davam etdirəcəyik”.