Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birinci rübdə Neft Fondunun aktivləri 2 milyard dollar artıb

11 Aprel 2018
Birinci rübdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri təqribən 2 milyard ABŞ dollarına yaxın artıb.

AZƏRTAC xəbər verir ki, bunu ARDNF-in icraçı direktoru Şahmar Mövsümov jurnalistlərə verdiyi müsahibədə bildirib.

İcraçı direktor deyib: "Bildiyiniz kimi, dünya bazarında neftin qiyməti bizim proqnozlaşdırdığımızdan yüksəkdir. Təbii ki, bu da fondun ilin sonuna olan vəsaitlərinə təsir edəcək. Artımın hansı məbləğdə olacağı neftin qiymətindən asılıdır. Birinci rüb ərzində fondun vəsaitlərində 2 milyard dollara yaxın artım olub".