Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqası: “Liverpul” və “Roma” yarımfinalda

11 Aprel 2018
Aprelin 10-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində daha iki cavab qarşılaşması keçirilib.

AZƏRTAC xəbər verir ki, turun sensasiyası Romada qeydə alınıb. Səfərdə “Barselona”ya 1:4 hesabı ilə məğlub olan “Roma” öz meydanında bu məğlubiyyətin əvəzini çıxıb. Di Françeskonun yetirmələri turnirin favoritlərindən hesab edilən “Barselona”nın qapısından 3 cavabsız top keçirərək adlarını yarımfinala yazdırıblar.

Günün digər matçında isə “Mançester Siti” ilə “Liverpul” üz-üzə gəlib. Öz meydanında rəqibinə 3:0 hesabı ilə qalib gələn mersisaydlılar cavab qarşılaşmasında da “Mançester Siti”yə heç bir şans verməyiblər. Yürgenin Klopun yetirmələri bu dəfə 2:1 hesablı qələbəyə seviniblər.

Beləliklə, “Liverpul” və “Roma” klubları yarımfinala adlayıblar.