Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniyada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib

09 Aprel 2018
Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Toğrul Salmanov (90 kq-dan yuxarı) Berlində bürünc medala layiq görülüb.

Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verib.