Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qazaxda 51 mindən çox sakin kütləvi tibbi müayinədən keçib

09 Aprel 2018
Prezident İlham Əliyevin tapşırığına əsasən bir neçə ildir ki, ölkəmizdə vətəndaşların pulsuz kütləvi tibbi müayinəsi həyata keçirilir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonuda da bu vacib tədbirin mütəşəkkil keçirilməsi məqsədilə hazırlıq işləri aparılıb və tibbi personal bu işə cəlb olunub.

Fevralın 12-dən start götürən tibbi müayinə hazırda rayonda uğurla davam edir. Kəndlərdə və digər yerlərdə yataq xəstələrinə həkim briqadaları evlərdə tibbi xidmət göstərir, eyni zamanda, rayonun cəbhə bölgəsində yerləşən kəndlərinə səyyar həkim briqadaları ezam olunur.

Qazax Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Kamandar İbrahimov AZƏRTAC-a bildirib ki, tibbi müayinə Müalicə Diaqnostika Mərkəzi ilə yanaşı, rayon üzrə iki daimi məntəqədə və bir səyyar briqada tərəfindən aparılır. Tibbi müayinə başlayan gündən rayonda 51 min 315 nəfər tibbi müayinədən keçib. Müayinədən keçənlərin 3923 nəfərinə ambulator müalicə təyin edilib, 133 nəfəri stasionar müalicəyə cəlb olunub, 115 nəfər üzərində cərrahiyə əməliyyatı aparılıb. 23 nəfəri isə Bakı və Gəncə şəhərlərinə ixtisaslaşdırılmış xəstəxanalara göndərilib.