Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UNEC-in tələbələri Aprel şəhidinə həsr olunan tamaşa hazırlayıblar

07 Aprel 2018
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Yarımçıq qalmış” tamaşası nümayiş olunub.

UNEC-in Yaradıcılıq Mərkəzinin üzvlərinin hazırladıqları səhnə əsəri Aprel döyüşləri zamanı şəhid olmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu Samir Kaçayevin xatirəsinə həsr edilib.

UNEC-dən AZƏRTAC-a bildiriblər ki, tamaşa Yefim Abramov və Leyla Bəyimin həmmüəllifi olduqları “Xəyalpərvər oğlan” pyesi əsasında hazırlanıb.

UNEC-in Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olmuş məzunları Tural Dadaşov və Mahir Mirzəyevin valideynləri universitetin müəllim və tələbələri ilə birlikdə tamaşanı izləyiblər.

Tələbələrin peşəkarlıqla ifa etdikləri səhnə əsəri maraqla qarşılanıb.