Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aprel döyüşləri ordumuzun qüdrətinin göstəricisidir

07 Aprel 2018
 

Qafqaz Media İctimai Birliyinin təşkilatçılığı ilə Aprel döyüşlərinin ildönümünə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Tədbir Qafqaz Media İctimai Birliyinin ofisində davam edib. İctimai birliyin sədri Azadə Hüseynova, Bakı Dövlət Universitetinin professoru Knyaz Aslan, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Nailə Yusifova Aprel döyüşlərinin Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olduğunu bildiriblər.

Çıxışlarda bu döyüşlərin Azərbaycan Silahlı Qüvvələrinin hərbi qüdrətini nəinki Ermənistana, dünyaya bir daha nümayiş etdirdiyi vurğulanıb. Qeyd olunub ki, xalqımızın qəhrəman oğullarının xatirəsi daim qəlblərdə yaşayacaq.