Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aprel şəhidlərinin ailələri ilə görüş keçirilib

06 Aprel 2018
 

Aprelin 6-da Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin ofisində aprel şəhidlərinin anaları ilə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İB-nin vitse-prezidenti Rasim Məmmədov aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin tariximizə parlaq səhifələr yazdığını deyib. Milli Məclisin deputatı Adil Əliyev 2016-cı ilin aprel döyüşlərinin atəşkəs rejimindən bəri ən şiddətli döyüş olduğunu bildirib. Tədbirdə Bakı Dövlət Universitetinin professoru Əsədulla Qurbanov, Xalq Artisti Ramiz Quliyev, ehtiyatda olan polkovnik Zahid Teymurov, İB-nin məsul katibi Yasəmən Möhöbbətqızı, hərbçi-jurnalist Xatirə Rəhilmi, şəhid anası Lalə Quliyeva və başqaları torpaqlarımızın işğaldan tezliklə azad ediləcəyinə, yurd-yuvasından didərgin düşmüş həmvətənlərimizin öz doğma ocaqlarına qayıdacağına əmin olduqlarını bildiriblər.

Sonda Bakıdakı 95 nömrəli məktəbin şagirdi Ayxan Qasımov aprel şəhidlərinin xatirəsinə həsr edilmiş şeir oxuyub.