Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Turizm Təşkilatının baş katibi Bakı Dövlət Universitetinin müəllim və tələbələri ilə görüşüb

06 Aprel 2018
Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili aprelin 6-da Bakı Dövlət Universitetində (BDU) olub.

BDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin rektoru, akademik Abel Məhərrəmov baş qərargahı Madriddə yerləşən Dünya Turizm Təşkilatının fəaliyyəti barədə məlumat verib. Qurumun baş katibi Z.Pololikaşvilinin Prezident İlham Əliyev ilə görüşünü xatırladan rektor ölkəmizin Dünya Turizm Təşkilatı ilə uğurlu əməkdaşlığını diqqətə çatdırıb.

Akademik A.Məhərrəmov BDU-nun fəaliyyəti, burada tədris olunan ixtisaslar, o cümlədən turizm ixtisası barədə danışıb.

Z.Pololikaşvili ölkəmizdə turizmin inkişafından, bu sahədə genişmiqyaslı işlərin həyata keçirilməsindən danışıb. Qonaq yaxın gələcəkdə rəhbərlik etdiyi təşkilatla universitet arasında əlaqələrin qurulması təklifi ilə çıxış edib.

Sonra universitetin studiyasında hazırlanmış “Sütunlar” filmi nümayiş olunub.

Tədbirdə Z.Pololikaşviliyə “BDU-nun Fəxri qonağı” plaketi təqdim edilib.