Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı məktəblisi dünyanın dörd nüfuzlu universitetinə qəbul olunub

06 Aprel 2018
Paytaxt məktəblisi yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticəyə nail olub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq imkanı qazanan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvard Universitetindən əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq imkanı qazanıb.