Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“AzerGold” QSC Çovdar kənd məktəbi kitabxanasının müasirləşdirilməsinə dəstək verib

05 Aprel 2018
 

“AzerGold” QSC Çovdar kəndində yerləşən Kəlbəcər 70 saylı tam orta məktəbinin müəllim və şagird heyəti ilə görüş keçirib. Şirkətin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən təşkil edilən görüş zamanı məktəb kitabxanasına kompüterlər, fasiləsiz internet xətti və digər ləvazimatlar hədiyyə edilib. Sosial tədbirin fiziki qüsurlu uşaqlar da daxil olmaqla 50-yə yaxın şagirdin təhsil aldığı məktəbdə keçirilməsində əsas məqsəd, coğrafi cəhətdən ölkənin ucqar nöqtələrində yaşayan uşaqlara əlavə təhsil və fərdi inkişaf üzrə bərabər imkanlar yaratmaqdır.

Qeyd edək ki, “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən daha öncə Daşkəsənin Quşçu və Çovdar kəndlərində yerli əhalinin sosial ehtiyaclarının qiymətləndirilməsi üzrə sorğu keçirilmiş və bu sorğunun nəticələri əsasında 2018-ci il üzrə sosial layihə və təşəbbüs ideyaları formalaşdırılmışdır. Yerli əhali və icmalarla iş, ətraf mühitin mühafizəsi, gender balansına dəstək və əlverişli əmək şəraitinin formalaşdırılması kimi dörd əsas istiqaməti əhatə edən sosial məsuliyyət siyasəti “AzerGold” QSC-nin fəaliyyətini təşkil edən əsas prioritetlərdən biridir.