Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Vikipediya”da Aprel döyüşləri ilə bağlı məqalələr yerləşdirilib

04 Aprel 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Aprel döyüşlərinin ildönümü münasibətilə məqalələr yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanca “Vikipediya”da yerləşdirilən məqalələr Aprel döyüşlərində, eləcə də 2015-ci ildə Qarabağ müharibəsində fədakarlıq göstərmiş hərbçilərimizə həsr olunub. Məqalələrdə hərbi şücaətinə görə orden və mükafatlarla təltif edilən Azərbaycan ordusunun ehtiyatda olan hərbçiləri – polkovnik-leytenant Elşən Qarayev, kapitan Əliağa Zeynalov, xüsusi təyinatlılar Ülfət Həsənov və Eşqin Hüseynov, İlqar Babayev və Natiq Mehdiyev haqqında məlumatlar yerləşdirilib. Məlumatlarla daha ətraflı

 

https://az.wikipedia.org/wiki/%C6%8Flia%C4%9Fa_Zeynalov#M%C3%BCkafatlar%C4%B1

https://az.wikipedia.org/wiki/El%C5%9F%C9%99n_Qarayev

https://az.wikipedia.org/wiki/%C4%B0lqar_Babayev#H%C9%99rbi_xidm%C9%99t_ill%C9%99ri

https://az.wikipedia.org/wiki/Natiq_Mehdiyev

https://az.wikipedia.org/wiki/%C3%9Clf%C9%99t_H%C9%99s%C9%99nov

https://az.wikipedia.org/wiki/E%C5%9Fqin_H%C3%BCseynov#M%C3%BCkafatlar%C4%B1 linkləri vasitəsilə tanış olmaq mümkündür.

 

Xatırladaq ki, Aprel döyüşlərində şəhid olan hərbçilərimizin siyahısı, onlar haqqında məlumatlar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına da daxil edilib.