Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aşıq Şəmşirə həsr olunan sərgi açılıb

04 Aprel 2018
 

Aprelin 4-də Milli Kitabxanada Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, Əməkdar İncəsənət Xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyinə həsr edilən sərgi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Aşıq Şəmşir-125” adlı sərgidə sənətkarın müəllifi olduğu, habelə onun haqqında yazılmış kitablar, aşığın yaradıcılığından bəhs edən məqalələrin dərc olunduğu qəzet-jurnal materialları yer alıb.

Sərgi bir həftə davam edəcək.