Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beyin fəaliyyətini yaxşılaşdıran səbəblər

03 Aprel 2018
 

Elm adamlarının apardığı tədqiqatlar nəticəsində bəzi iş və hobbilərin zəka səviyyəsini artırdığı məlum olub.

AZƏRTAC xəbər verir ki, zəkaya müsbət təsir göstərən hobbi növləri müəyyən edilib.

Musiqi alətində ifa etmək və musiqi dinləmə hafizə tutumunu artırır. Musiqi həm də təhtəlşüura səbirli və dözümlü olmağı aşılayır. Stressin qarşısını alan meditasiya da hafizəyə müsbət təsir göstərir. Bu sahədə mütaliə ilk yerlərdən birini tutur.

Beynin inkişafında bədən əzələlərinin də təsiri böyükdür. Ona görə də idman hərəkətləri etmək yolu ilə əzələlərin möhkəmləndirilməsi vacib məsələlərdən biridir və bunun nəticəsində beyin elastikləşərək sağlamlaşır. İdman yarışlarının izlənilməsi də beyin funksiyalarına müsbət təsir edir. Sudoku, krossvordlar və digər oyunlar beynin işləməsinə səbəb olur.

Yeni sözlər, qrammatika və dil öyrənmək də zəkanı artıran, beynin sağlamlığını təmin edən amillərdən sayılır. Xarici şifahi dil, zəka səviyyəsi yüksək olanların planlaşdırma, problem həll etmə və qərar vermə bacarığını inkişaf etdirdiyi də sübut olunub. Çox yazı yazmaq da beynin işləməsinə səbəb olur, xəyal gücünü və təxəyyülü zənginləşdirir. Sürətlə qərar vermək və yeni təcrübələr düşünməyə sövq edir. Tez-tez səfərə çıxmaq, yeni yerlər görmək, yeni tanışlıqlar da beynin yaxşı işləməsinə müsbət təsir edir.